7 C
Baku
Thursday, February 29, 2024

Çində koronavirusla mübarizə üçün inşa olunan ilk xəstəxana bağlandı

Çin hökuməti ölümcül koronavirusun (COVID-19) peyda olduğu Vuhan şəhərində epidemiya ilə mübarizə üçün inşa olunan xəstəxanalardan birini bağlayıb.

Xəstəxananın bağlanmasına səbəb artıq virusa yoluxmuş pasientlərin olmamasıdır. Bu barədə “Reuters” yazır.

Səlahiyyətlilər virusun yaratdığı pnevmaniyadan müalicə alıb sağalan son xəstələrin evə buraxılmasından sonra xəstəxananın bağlandığını söyləyiblər. Qapalı xəstəxananın adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb.

Bu, virusun yayılması ilə mübarizə aparan ilk xəstəxana idi. Vuhan şəhərində 16 belə xəstəxana var. Onların tikintisinə cəmi bir neçə gün sərf olunmuşdu. Sosial şəbəkələrdə 9 gün ərzində 2 nəhəng xəstəxananın – Huoşenşan və Leişenşan xəstəxanalarını tikilməsini göstərən videogörüntülər yayılmışdı. 1000 və 1300 çarpayılıq xəstəxanaların inşasına 4 tikinti şirkəti cəlb olunmuşdu.

Qeyd edək ki, hazırda dünyada 89 mindən çox insanda koronavirus infeksiyası qeydə alınıb. Çin xaricində doqquz min nəfərdə COVID-19 aşkar edilib. Ümumilikdə üç mindən çox insan ölüb, 45 mindən çoxu isə sağalıb.

Virus 65 ölkədə aşkarlanıb, ən kütləvi yayılma halları isə İran, İtaliya və Cənubi Koreyada baş verib.

Son xəbərlər
Digər xəbərlər