5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Çində kriptovalyuta maynerlərini “satmaq” üçün qaynar xətt yaradılıb

“The Financial Times” qəzetinin verdiyi məlumata görə, Çində kriptovalyuta maynerlərini “satmaq” üçün qaynar xətt yaradılıb. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl Çin spekulyativ ticarətin qarşısını almaq üçün maliyyə qurumlarına “qeydiyyat, alqı-satqı və hesablaşma kimi kriptovalyuta əməliyyatlarını həyata keçirməyi” qadağan edib.

Fevral ayında Daxili Monqolustan enerji istehlakını azaltmaq üçün kriptovalyuta mayninqini qadağan etdiyini açıqlayıb. Qeyd edildiyi kimi, mənbə qaynar xəttin “mayninqi tamamilə dayandırmağa” kömək edəcəyini yazır. Beləliklə, hər kəs mayninq ilə məşğul olan qonşusunu “sata” bilər.

Çin uzun müddətdir kriptovalyutalarla mübarizə aparır. 2017-ci ildə tənzimləyicilər sikkələrin ilkin yerləşdirilməsini qadağan edərək bazar üzərində nəzarət yaratmağa çalışıblar, 2019-cu ildə isə kriptovalyutaları tamamilə qadağan etməyi planlaşdırıblar.

Çinin yuxarıda göstərilən əməliyyatları “Bitcoin”, “Ethereum” və digər məşhur sikkələrin qiymətlərinin aşağı düşməsinə səbəb olub.

Son xəbərlər

Oxşar xəbərlər