17 C
Baku
Cümə, Oktyabr 22, 2021

Çində “lotus çiçək” formalı ən nəhəng stadionun tikintisi başlandı – Fotolar

Koronavirusun başlanğıc nöqtəsi olan Çində həyat normala dönür.

Banker.az xəbər verir ki, Çində 100 min nəfərlik yeni stadionun inşasına başlandı.

Heyətində Talisca və Paulinho kimi ulduz futbolçuları olan Çin komandası “Guangzhou Evergrande” dünyanın ən böyük stadionunun inşasına başlayır.

Memarlığında lotus bitkisindən ilhamlanan nəhəng stadion üçün açılış mərasimi keçirildi. 100 min nəfərlik tutumlu Lotus Çiçək dizaynına malik yeni stadionun 2022-ci ildə başa çatacağı və bütün kompleksin inşasına 1,5 milyard avro xərclənəcəyi təxmin edilir.

Lotus Çiçək formalı stadionun dizayneri Amerikalı dizayner Hasan Syed-dir. Memar Hasan Syed tərəfindən hazırlanan 100 min nəfərlik tutumu olan bu stadion dünyanın dördüncü ən yüksək tutumlu stadionu olacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər