12 C
Baku
Sunday, October 27, 2024

Çində minik avtomobillərinin satışı 22%-ə yaxın artıb

2022-ci ilin sentyabr ayında Çində minik avtomobillərinin pərakəndə satışı illik müqayisədə 21.5 faiz artıb.

Dow Jones bu barədə Çinin Sərnişin Avtomobilləri Assosiasiyasına istinadla məlumat yayıb.

Assosiasiyanın hesablamalarına görə, sentyabr ayında ölkədə ümumilikdə 1.92 milyon avtomobil satılıb. Avqust ayına qədər isə satışlarda 2.8 faizlik artım müşahidə edilib ki, bu da son 20 ilin analoji dövrü ilə müqayisədə ən aşağı göstəricidir.

Yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışı sentyabr ayında demək olar ki, iki dəfə artaraq 664 min ədəd təşkil edib. “Tesla” ötən ay CXR-də istehsal olunan 83 min 135 avtomobil sataraq aylıq satış rekordunu yeniləyib. Avqust ayı ilə müqayisədə göstərici səkkiz faiz artıb.

Eyni zamanda ,sentyabr ayında Çinin avtomobil zavodlarında istehsalın həcmi illik ifadədə 37 faiz artaraq 2.36 milyon ədədə çatıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər