27 C
Baku
Saturday, July 27, 2024

Çində tələbələrə “intim foto girov qoymaq” qarşılığında kredit təklif edilir

Çində p2p-kreditləşmə xidmətlərində istifadəçilərə intim şəkil girov qoymaqla kredit təklif edirlər və artıq bu xidmətdən istifadə edənlər də kifayət qədərdir. Kreditor təyin edilən vaxtda borc verdiyi pulları geri almadığı təqdirdə, borcalanın girov qoyduğu bu intim şəkilləri internetdə paylaşmaq haqqına sahibdir.

P2p kreditləşmə platformalarında borcalanlar pulu bankdan deyil, vəsaitlərini öz şərtləri daxilində kredit olaraq təqdim edən digər bir istifadəçidən alırlar. Verilən məlumata əsasən, bəzi kreditorlar istifadəçilərdən onların intim fotolarını tələb edir, borcu vaxtında ödəmədiyi halda isə həmin şəkilləri onun dostlarına və yaxud valideynlərinə göndərməklə hədələyirlər.

Bu kreditlər Çində həftəlik 30%-lə verilir. Baxmayaraq ki, ölkədə kredit üzrə rəsmi illik faiz dərəcəsi 24% təyin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər