25 C
Baku
Sunday, July 13, 2025

Çində xarici sərmayədarlar üçün şərtlər sadələşdirilir

Çin real iqtisadiyyata dəstəyi, xarici sərmayədarların üzünə açılmanı davam etdirəcək.

Bununla bağlı tövsiyələr Dövlət Şurasının iqtisadi inkişaf məsələlərinə həsr olunmuş iclasında səsləndirilib.

İclas iştirakçılarına görə, maliyyə bazarları ilə bağlı beynəlxalq standartlar istiqamətində irəliləməyə davam edən Çin xarici bank, sığorta və digər maliyyə qurumları üçün bazara giriş şərtlərini bundan sonra da asanlaşdıracaq. Bununla yanaşı, Çində və xaricdə yerləşən əsas və törəmə qurumlar arasında əməliyyatların sərhədlə bağlı qaydalarının sadələşdirməsi də nəzərdə tutulur.

Bu addımlar vasitəsilə ABŞ-la gərgin münasibətlər dövründə daha çox xarici sərmayədar cəlb etmək hədəflənir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər