Çindəki maynerlərin 70%-i fəaliyyətini dayandırıb

Çindəki maynerlərin 70%-i avadanlığını söndürüb, bu barədə mayninq biznesinin inkişafı şirkəti olan “Foundry”nin rəhbəri Kevin Zhang məlumat verib.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Onun sözlərinə görə, 2021-ci ilin iyun ayının sonuna qədər Çindəki maynerlərin təxminən 90%-i kriptovalyuta istehsalını tamamilə dayandıracaq.

“Foundry” şirkətinin vitse-prezidenti hesab edir ki, Çində kriptovalyutaların mayninqinə qoyulan qadağa – böyük maynerlər üçün ciddi zərbədir. Zhang qeyri-qanuni şəkildə fəaliyyət göstərən kiçik təsərrüfatların daha yaxşı vəziyyətdə olduğunu və bir müddət bitkoin istehsalına davam edə biləcəyini söyləyir.

Qeyd edək ki, maynerlər Çini tərk etməyə davam edirlər. Bu proses ÇXR əyalətlərinin kriptovalyutaları qadağan etməsindən əvvəl başlayıb. Kriptojurnalist Kolin Vu mayninq üçün avadanlıq istehsal edən şirkətlərin də ölkəni tərk etdiyini vurğulayır.

Xatırladaq ki, mayın sonunda kriptovalyuta istehsal edən “BTC.TOP” və “HashCow” müəssisələri fəaliyyətini dayandırıblar. Eyni zamanda Çinin ada ərazilərində “Huobi” və “Bybit” kriptobirjaların fəaliyyəti dayandırılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.