10 C
Baku
Bazar, Dekabr 5, 2021

Çindəki “McDonald’s” rəqəmsal yuanla olan ödənişləri qəbul edəcək

Pekin “McDonald’s”dan Olimpiya Oyunları öncəsi “fast-food” şəbəkəsinin Çindəki restoranlarında rəqəmsal yuanla ödənişlərin tətbiq edilməsini tələb edib. Xatırladaq ki, idman yarışlarının 2022-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

Banker.az xəbər verir ki, hal-hazırda şirkət Şanxayın 270 restoranlarında rəqəmsal yuanla ödəniş etməyə imkan verir. Lakin Çin bu sistemin bütün ölkə üzrə tətbiq olunmasını tələb edir.

“McDonald’s”ın nümayəndəsi Çin hökumətinin tələbini təzyiq kimi qəbul etmir. “Şanxay – pilot şəhərimizdir və biz müştərilərin reaksiyasını nəzərə alacağıq”, -deyə mesajda bildirilir.

Vurğulanır ki, 2022-ci ilin Olimpiadasının əsas sponsoru olan “Visa” və “Nike” olsa da, Çin Mərkəzi Bankı ölkədəki bütün xarici şirkətləri rəqəmsal yuanın tətbiqində iştirak etməyə çağırır.

Rəqəmsal yuan (e-CNY) Çin Mərkəzi Bankının blokçeyn üzərində işləyir. Onun yaradılması 2014-cü ildə daxili bazarda fiziki şəxslər arasındakı hesablaşmaların aparılması məqsədilə başlanılıb.

2021-ci ilin 30 iyun tarixinə olan məlumata görə, e-CNY vasitəsilə 1.32 milyon tranzaksiya keçirilib. İlkin mərhələdə valyuta lotereya vasitəsilə populyarlaşıb: 200 min vətəndaş pulsuz olaraq 200 yuan alıb. Rəqəmsal yuandan istifadə etmək üçün həmçinin xüsusi ödəniş kartı yaradılıb.

 

Son xəbərlər
Oxşar xəbərlər
X