13 C
Baku
Tuesday, October 22, 2024

Çindən $60 milyardlıq yardım

Çin sədri Si Szinpin bildirib ki, Pekin Afrikaya maliyyə yardımı qismində 60 milyard dollar vəsait ayıracaq.

O bunu FOCAC-2018 forumunun açılış mərasimində deyib.

Bildirilir ki, bu məbləğin 15 mlrd. dolları əvəzsiz yardıma, 20 mlrd. dolları isə faizsiz borca yönləndiriləcək. Bununla yanaşı, Si Szinpin 10 mlrd. dollar məbləğində inkişaf layihələrinin kreditləşdirilməsi fondunun yaradıldığını bildirib.

Çin sədrinin sözlərinə görə, Afrika ölkələrinə kənd təsərrüfatının inkişafı üçün əlavə 146 milyon dollar ayrılacaq.

Həmçinin təqribən 500 Çin mütəxəssisi aqrar sahəni inkişaf etdirmək üçün qitəyə gedəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər