26 C
Baku
Saturday, July 27, 2024

Çindən Azərbaycan və Türkiyə vətəndaşları təxliyə ediləcək

Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək.

Bu barədə  Türikyənin Milli Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verilir.

Məlumatda bildirilir ki, təxliyə edildikdən sonra Azərbaycan və Türkiyə vətəndaşları Türkiyə ərazisində 14 gün karantin şəraitində saxlanılacaqlar.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib ki, Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək.

“Səhiyyə nazirimizin bu məsələdə açıqlaması belədir ki, bizdə hələki hər hansı təhlükə yoxdur. Çində Türkiyə və Azərbaycan vətəndaşı var. Onlar geri qayıtmaq istəyirlər. Tədbirlərinizi alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə götürərək Türkiyəyə gətirək” – deyə Ərdoğan bildirib.

©Trend

Son xəbərlər
Digər xəbərlər