28 C
Baku
Saturday, July 27, 2024

Çindən pandemiyaya görə 10 trilyon dollarlıq təzminat tələb olundu

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Ötən gün Respublikaçılar partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında çıxış edən siyasətçi bəyan edib ki, Çin pandemiyaya görə 10 trilyon dollar təzminat ödəməlidir.

“Amerika və bütün dünyanın Çindən təzminat tələb etmək vaxtı artıq çatıb. Biz həmrəy şəkildə bəyan etməliyik ki, CXR öz məsuliyyətsizliyinə görə təzminat ödəməlidir”, – deyə o bildirib.

Tramp əlavə edib ki, ABŞ dərhal Çindən idxal olunan bütün məhsullara gömrük rüsumlarını 100% qaldırmalıdır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər