‘Apple’ Çindəki onlayn mağazasında ‘iPhone’, ‘iPad’, ‘Mac’ və ‘AirPods’ qurğularının qiymətlərini təxminən 6% azaldıb.
Banker.az xəbər verir ki, bu, ölkədə ƏDV-nin azalması ilə əlaqədar olmuşdur.
Xatırladaq ki, dördüncü rübdə ‘Apple’ şirkətinin gəliri 5 milyard dollar düşüb, qiymətlərdə müşahidə olunan ucuzlaşma da bununla bağlı olmuşdur. 1 apreldən etibarən Çinin Tmall və JD.com riteylerləri də şirkətin məhsullarının qiymətlərini kəsmişdir. Hal-hazırda, Çinin xarici istehsalçıları üçün ƏDV 16% yerinə 13% təşkil edir. Ayın başlanğıcından etibarən, ‘iPhone’ XR smartfonunun qiyməti 29 mart tarixinə nisbətən 4,6% azalıb.
Hong Kong və Tayvan da daxil olmaqla, 2018-ci ilin dördüncü rübündə Çinin payına ‘Apple’ gəlirlərinin təxminən 15% -i düşür. Buna baxmayaraq, ‘Apple’-ın Çin bazarında gəlirləri 13,17 milyard dollardan 9 milyard dollara qədər azalmışdır.
Bloomberg-in daha əvvəl verdiyi məlumata görə, ‘Apple’ dünyanın ikinci ən gəlirli şirkəti hesab olunur (59,5 milyard dollar), “Saudi Aramco” isə bu siyahıda 111,1 milyard dollarlıq xalis mənfəətlə birinci yer almışdır.