18 C
Baku
Sunday, September 8, 2024

Çində əhali artımı aşağı templə gedir

Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.

İlk baxışdan inandırıcı gəlməsə də, bəzi şəhərlərdə işçi qüvvəsi qıtlığı müşahidə olunur. Ekspertlərin fikrincə, bunun yeganə səbəbi 80-ci illərdə tətbiq edilmiş, indi isə qüvvədə olmayan “tək uşaq siyasəti” deyil. 2022-ci ildə Çində cəmi 9,6 milyon uşaq dünyaya gəlib. Bu, Çin Xalq Respublikasının təşəkkül tapdığı 1949-cu ildən sonra ən aşağı göstəricidir. Müqayisə üçün, 2016-cı ildə 18 milyondan çox körpə doğulmuşdu.

Ekspertlərin proqnozlarına görə, bu gedişlə 2100-cü ildə əhali sayı indikinin yarısı qədər olacaq. Əhalinin azalmasına səbəb ailə quranların sayının azalması, əhalinin çoxunun şəhərdə yaşaması və müasir ailələrin çoxuşaqlılıqdan qaçmasıdır. Şərq ənənəsinə xas olaraq oğlan uşağına üstünlük verilməsi isə qadın-kişi balansının ciddi şəkildə pozulması ilə nəticələnib.

Lakin hazırkı vəziyyətdə Çin iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin azalması inkişafa mane olmur.

Mənbəazərtac
Son xəbərlər
Digər xəbərlər