7 C
Baku
Thursday, December 12, 2024

Çində 1.27 mlrd. tonluq şist neft yatağı kəşf edilib

Çin Milli Neft Korporasiyası (CNPC) Dasinsk neft-qaz yatağında (Heilongjiang əyalətinin şimal-şərqində) şist neft yatağını kəşf edib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, yatağın həcmi 1.27 milyard ton olaraq qiymətləndirilib.

“Proqnozlaşdırılan geoloji ehtiyatlar 1.268 milyard don təşkil edir. Bu, Çin üçün şist neftinin kəşfiyyatı və inkişafı sahəsində böyük bir irəliləyişdir”, – deyə mesajda bildirilir.

Dasinsk neft-qaz yatağı Çindəki ehtiyatlar arasında ən böyüyü kimi qiymətləndirilir. Mütəxəssislər onu 1959-cu ildə kəşf ediblər. Yatağın neft ehtiyatları təxminən 5.7 milyard ton təşkil edir.

Şist neft – çöküntü çuxurlarında kəşf edilən və fraksiya şəklində çıxarılmasını tələb edən neftdir. Onun mədəni ənənəvi neftlə müqayisədə daha çətin və baha başa gəlir. Texniki cəhətdən dünyanın ən böyük şist neft ehtiyatlarına sahib olan ölkələr ABŞ, Rusiya və Çindir.

Son xəbərlər
Digər xəbərlər