Çinin mərkəzi Hunan əyalətində “ultra böyük qızıl yatağı” aşkar edilib, əyalətin geoloji bürosu bildirib. Ehtiyatların 1 min tondan çox olduğu güman edilir. Onların ümumi dəyəri 600 milyard yuan (83 milyard dollar) olaraq qiymətləndirilir.
Pingjiang qraflığındaki Vanqu yatağında 2 min metr dərinlikdə 300 ton qızıl ehtiyatı aşkar edilib, 3 min metr dərinlikdəki qızıl ehtiyatlarının 1 min ton olduğu təxmin edilir.
Filiz kəşfiyyatı üzrə mütəxəssis Çen Rulin “Sinxua” agentliyinə bildirib ki, bir çox ərazidə qızıl yataqkarı aşkarlanıb. Təxminən 2 min metr dərinlikdə bir ton filizdə maksimum 138 qram qızıl var.