15 C
Baku
Sunday, November 24, 2024

Çində aromatizatorlu elektron siqaretlər qadağan edilib

Çin hökuməti oktyabrın 1-dən aromatizatorlu elektron siqaretlərin satışını qadağan edib. Məlumata görə, bundan sonra elektron siqaretlər yalnız tütün qoxulu ola bilər. Mütəxəssislərin fikrincə, sözügedən qadağa sənayenin get-gedə yox olmasına gətirib çıxaracaq.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, elektron siqaretlər bazarını tənzim etmək cəhdləri Çində hələ üç il əvvəl olub. 2019-cu ilin noyabrında ölkədə elektron siqaretlərin onlayn satışı qadağan edilib. Bu, elektron siqaretlərin gənclərin sağlamlığına vurduğu ziyanla əlaqəli olub.

Hökumət Çindəki elektron siqaret bazarını xaotik adlandırıb. Sənəddə deyilir ki, bəzi istehsalçılar asılılıq yaradan maddələrdən istifadə edir. Aromatizatorlu elektron siqaretlərin qadağan edilməsindən əlavə, Çin qadjetlərin istehsalına qarşı yeni tələblər irəli sürüb.

Son xəbərlər
Digər xəbərlər