16 C
Baku
Friday, November 22, 2024

Çində Azərbaycanın daha iki ticarət evi açılacaq

Tezliklə Çinin Pekin və Çendu şəhərlərində Azərbaycanın daha iki ticarət evinin açılması planlaşdırılır.

Bunu “vergiler.az”aa Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq, Ticarət Nümayəndəliyi Aparatı çinli tərəfdaşları ilə birgə Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan, Vuhan və Canciacie kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi açıb. Ticarət evləri ümumi ixracda ölkəmizdən qeyri-neft məhsullarının ixrac payının artırılması, məhsullarımızın tanıdılması, satış kanallarımızın artırılması, ixrac prosesində əməliyyat xərclərinə qənaət edilməsi baxımından vacib rol oynayır: “Ticarət evləri əvvəlcədən danışıq aparıb razılıq əldə etdikləri yerli tərəfdaşlarımız tərəfindən açılır. Bu ticarət evlərinə sərmayəni operator seçilən Çin şirkətləri yatırır. Əsas şərtlərimizdən biri, ilkin olaraq, Azərbaycandan bəlli bir miqdarda müxtəlif çeşiddə məhsulların idxal edilməsidir”.

Ticarət nümayəndəsi əlavə edib ki, ticarət evlərinin artırılması ilə bağlı daha bir neçə şəhərdə fəaliyyət göstərən yerli investorlarla danışıqlar davam edir. Satış kanallarımızın genişləndirilməsi, mövcud platformalardan səmərəli istifadə etməklə Azərbaycan məhsullarının daha böyük çeşiddə və həcmdə Çin istehlakçılarına təqdim olunması üçün yeni platformalar yaratmaq istiqamətində ciddi işlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər