16 C
Baku
Friday, September 27, 2024

Çində bərabər kreditləşmə sahəsindəki fırıldaqçılara qarşı mübarizə gücləndirilib, 380 şirkətin aktivləri dondurulub

Çin hökuməti bərabər kreditləşmə sahəsindəki fırıldaqçılara qarşı mübarizəsini gücləndirərək, ümumi təxminən 10 milyard yuan (1,5 milyard dollar) dəyərində olan 380-dən çox şirkətin aktivlərini dondurub, Banker.az-a bu barədə Bloomberg məlumat verir.

Fox Hunt ("Tülkü ovu") adlı bu əməliyyat, ÇXR, Tailand və Kamboca daxil olmaqla 16 ölkəni və əraziləri əhatə edir, ÇXR-in Dövlət Təhlükəsizlik Nazirliyi açıqlayıb.


Bu əməliyyatın bir hissəsi olaraq ötən ilin iyun ayından etibarən təxminən 62 saxta əməliyyat şübhəlisi həbs olunub.


P2p-kreditləşmə şirkətləri, Çində sürətlə inkişaf edərək, ölkənin tarixində ən böyük maliyyə piramidalarına çevriliblər. Son illərdə Çin hakimiyyəti bu sektora nəzarəti və biznes imkanlarını kəskin olaraq məhdudlaşdırmışdır.


Çin polisinin verdiyi məlumata görə, bəzi şirkətlər yüksək faiz dərəcələrini vəd edərək, investorları cəlb ediblər. Digərləri isə qeyri-mövcud investisiya layihələri barədə məlumat verərək, ölkənin minlərlə vətəndaşını qarət etmiş olublar.


Yingcan Group araşdırma şirkətinin hesablamalarına əsasən, 2019-cu ilin
sonunadək Çin bazarında p2p kreditləşmə sektorunda şirkətlərin sayı təxminən 70% azalaraq 300-ə olacaq. Citigroup Inc-in analitikləri, sonda ölkədə bu tip firmaların sayının 50-ə qədər azalacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər