15 C
Baku
Friday, November 14, 2025

Çində böyük qızıl yatağı aşkar olunub

Çin geoloqları ölkənin şimal-şərqində yerləşən Liaonin əyalətində 1,44 min ton ehtiyata malik, ölkənin ən iri aşağı keyfiyyətli qızıl yatağını aşkar ediblər. Bu barədə Çin Təbiət Resursları Nazirliyi məlumat yayıb.

Nazirliyin “WeChat” səhifəsində bildirilir ki, Dadunqou yatağında qızılın orta konsentrasiyası ton başına 0,56 qramdır. Uzunluğu 3,1 min kilometrdən çox olan filiz kütləsi 115–913 metr dərinlikdə yerləşir, onun orta qalınlığı 263 metrə, maksimum qalınlığı isə 513 metrə çatır.

Açıqlamada vurğulanır ki, layihənin həyata keçirilməsi Çinin strateji qızıl ehtiyatlarını artıracaq və Liaonin əyalətində dünya səviyyəli qızıl istehsalı bazasının yaradılması baxımından “böyük əhəmiyyət kəsb edir”.

Son xəbərlər
Digər xəbərlər