22 C
Baku
Friday, September 27, 2024

Çində cəmi 1 şagirddən ibarət məktəb

Son zamanlar ölkənin dərinliklərində (kəndlərdə) yerləşən məktəblər yavaş-yavaş yox olmağa başlayır. Kənd əhalisi daha yaxşı həyat və iş tapmaq ümidi ilə böyük şəhərlərə köçürlər. Bu tendensiya ilə əlaqədar olaraq şəhərlərdə texnikumlar, kollecler, orta təhsil verən peşə məktəbləri yaradılır.

Çinin Fujian şəhərində Hu Yang adlı məktəbli yaşayır. Məsələ ondadır ki, bu oğlan kiçik əyalətdəki ibtidai məktəbdə yeganə şagirddir. Bu üç mərtəbəli məktəb 2005-ci ildə inşa edilib və 24 sinifi var. Lakin bütün bu siniflər bom-boşdur və burada yalnızca Hu Yanga iki müəllim dərs keçir.

Xeyr, burada məsələ müəllim çatışmamazlığında deyil, sadəcə iki müəllim bu yeganə şagirdə bütün fənnlərdən dərs keçirlər. Bir neçə illər əvvəl məktəbdə 80 şagird, bir il əvvəl isə 17 nəfər var idi.

İndiki vaxtda isə parta arxasında yalnızca Hu Yang qalıb. Müəllimlərin sözlərinə görə onun yeganə şahird olmasına baxmayaraq təhsil nazirliyinin planı əsasında təhsil alır və dərslərini yaxşı oxuyur.

Bu yeganə şagirdin müəllimləri çalışırlar ki, o özünü adi məktəbli kimi hiss eləsin və ümid edirlər ki, o nə vaxtsa normal məktəbə keçəcək.

Son xəbərlər
Digər xəbərlər