-1 C
Baku
Sunday, December 15, 2024

Çində daşınmaz əmlakın qiymətlərində kəskin artımın qarşısı alına bilmir

Çində kifayət qədər daşınmaz əmlak bolluğu olmasına baxmayaraq, yeni inşa olunan obyektlər tikinti başlamadan satılır. 

Mənbə Vesti” agentliyinə istinadən xəbər verir ki, “The Economist” jurnalına görə, daşınmaz əmlaka olan tələb qiymətlərin demək olar hər həftə artmasına gətirib çıxarıb. Belə ki, yeni obyektlərin qiyməti son bir il ərzində 90%-dən çox artıb. Tələb o qədər ciddidir ki, Çin Xalq Bankının (Çin Mərkəzi Bankı) araşdırma bürosunun rəhbəri daşınmaz əmlak qiymətlərində yaranan “köpüyün” həddindən çox artmadan qarşısını almağa çağırıb.

Jurnalın məlumatına əsasən, bələdiyyələr daşınmaz əmlak satışında ilkin ödənişlərin səviyyəsini artırmaqla tələbin azaldılmasına nail olmağa çalışırlar. Keçmiş təcrübə göstərir ki, Çinin daşınmaz əmlak bazarında istənilən artım və azalmaların qlobal miqyasda nəticələri hiss edilir. Belə ki, yeni tikilən daşınmaz əmlakların mebel və texnika ilə təchizatı Çin ÜDM-nin 25%-i təşkil edir. Məhz daşınmaz əmlak sektorunun sürətli inkişafı III rübdə Çin iqtisadiyyatının 6,7% artmasına səbəb olub.

Ekspertlər daşınmaz əmlak tələbinin əsasən real alıcılardan çox investorlar tərəfindən həyata keçirildiyini bildiriblər. Bu isə hər an qiymətlərin kəskin enməsi ilə nəticələnə bilər. Belə olduğu halda, Çin iqtisadiyyatını və onunla bərabər dünya maliyyə bazarlarını ciddi problemlər gözləyəcək.

Mənbə: Report

Son xəbərlər
Digər xəbərlər