24 C
Baku
Friday, September 27, 2024

Çində dolların məzənnəsi qalxdı

Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,8957 yuana bərabər müəyyən edib.

Banker.az Report-a istinadən xəbər verir ki, sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il mayın 11-də olub.

Çinin pulu Amerika valyutası qarşısında 5 gündür ucuzlaşır.

Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,9 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub.

Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır.

Son xəbərlər
Digər xəbərlər