Çində dünyanın ən böyük gəmiqayırma qrupu – “China Shipbuilding Group” yaradılıb, bu haqda CCTV məlumat verir.
“China Shipbuilding Group” qrupu ötən ayda Çinin iki ən böyük gəmiqayırma korporasiyasının (“China Shipbuilding Industry Corp.” və “China State Shipbuilding Corp.”) birləşməsindən sonra yaradılıb.
Gəmi istehsalçısı təyyarə daşıyıcılarından tutmuş kommersiya şirkətləri üçün neft, qaz və konteynerlər daşımaları üçün gəmilər istehsal edir.
Qeyd edək ki, Çinin gəmiqayırma sənayesi Cənubi Koreya və Yaponiyanın sənayesi ilə rəqabət aparır.
CSIC və CSSC korporasiyalarının birləşməsi, “Hyundai Heavy Industries Co”, “Daewoo Shipbuilding&Marine Engineering Co” və “Samsung Heavy Industries Co” kimi böyük oyunçuları sıxışdıracaq sənaye nəhəngini yaratmağa imkna verib.
Çin artan borcun öhdəsindən gəlmək və müəssisələrin gəlirliliyini artırmaq üçün birləşmə və aktivlərin yenidən qurulması yolu ilə ictimai sektorunu optimallaşdırmağa çalışır.