13 C
Baku
Sunday, September 29, 2024

Çində dünyanın ən uzun dənizaltı dəmir yolu tuneli tikiləcək

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin İnkişaf və islahatlar komitəsi dünyanın ən uzun dənizaltı dəmir yolu tunelinin inşası layihəsini təsdiqləyib.

Bu barədə TASS xəbər verir.

Məlumata əsasən, Tzintan adasına qədər tikiləcək sualtı tunelin ümumi uzunluğu 16,2 km təşkil edəcək. Bu layihə Ninbo şəhərindən Şjouşan şəhərinə çəkiləcək dəmir yolunun (uzunluğu – 76,4 km, dəyəri – təxminən 4 mlrd. ABŞ dolları) tərkib hissəsidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər