13 C
Baku
Saturday, May 18, 2024

Çində ICO qadağan olundu

Çin hökuməti fərdi şəxslərə və təşkilatlara Initial Coin Offering (ICO) vasitəsilə vəsait cəlb etməyi qadağan edib.

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Çin Xalq Bankı bu qərarı belə bir təcrübənin özündə qanunsuz maliyyələşməni əks etdirməsi ilə izah edib.

Ekspertlərin qiymətləndirməsinə görə, Çin rəhbərliyi kriptovalyuta fenomenini daha yaxşı aydınlaşdırmaq məqsədilə ICO həyata keçirməyi məhdudlaşdırmaq qərarına gəlib. Gələcəkdə bu sahənin tənzimlənməsi şərtləri yumşaldıla bilər.

Qeyd edilir ki, kriptovalyutanı ölkədən kənarda alan çinli investorlar bunu davam etdirə  bilərlər. Məhdudiyyətlər yalnızca çindaxili ilkin yerləşdirmələrə şamil edilir.

Qeyd edək ki, ICO Çində bu il populyarlıq qazanıb. İlin ilk yarısında 65 yerləşdirilmə həyata keçirilib ki, bunun da sayəsində kriptovalyuta emitentləri 105 min nəfərdən 2,62 milyard yuan cəlb ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər