Çin Dövlət Statistika Agentliyi 2023-cü ilin avqustunda ölkədə illik inflyasiyanın 0.3% proqnozla 0.1% təşkil etdiyini bildirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, şəhərlərdə qiymətlər 0.2% artıb, kənd yerlərində isə 0.2% ucuzlaşıb. Ərzaq məhsullarının qiymətlərində 1.7%, istehlak mallarının qiymətlərində isə 0.7% ucuzlaşma qeydə alınıb. Eyni zamanda, qeyri-ərzaq məhsullarının qiymətləri 0.5%, xidmət sektorunda isə 1.3% bahalaşıb.
“Yanvar-avqust aylarında ölkə üzrə istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.5% artıb”, – mesajda deyilir.