10 C
Baku
Wednesday, December 11, 2024

Çində inflyasiya 7 illik maksimuma yüksəlib

Çində illik inflyasiya oktyabr ayında qeydə alınan 3,8%-dən noyabrda 4,5%-ə yüksəlib.

Ölümcül virusun bazara təsiri ilə donuz əti qiymətlərində illik 110%-lik artım ölkənin istehlak qiymətləri indeksi səbətində yüksəlişə təkan verən əsas faktor olub.

Çində istehlak qiymətləri yeddi ilin zirvəsinə yüksəldiyi halda, istehsal qiymətləri aşağı düşməyə davam edib. Bu da öz növbəsində Mərkəzi Bankın iqtisadiyyatı dəstəkləmə cəhdlərini çətinləşdirib.

Statistik məlumatlara əsasən, istehsal qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% geriləyib.

©APA

Son xəbərlər
Digər xəbərlər