6 C
Baku
Tuesday, December 24, 2024

Çində iPhone 16 smartfon xəttinin satışları 20% artıb

Çində “iPhone 16” smartfon xəttinin satışı ötən illə müqayisədə daha uğurlu olub. “Counterpoint” analitika şirkətinin məlumatına görə, 16-cı nəsil “iPhone”un (16, 16 Plus, Pro, Pro Max) ilk üç həftədə satışları ötən ilin payızında əvvəlki nəslin debütü ilə müqayisədə 20% çoxdur.

Sentyabrın əvvəlində “Apple” yeni məhsullarını təqdim edib. Onların Çində satışları sentyabrın 20-də başlayıb. Bununla belə, analitiklərin fikrincə, “Huawei” şirkətinin artan rəqabəti səbəbindən Çində ümumi “iPhone” satışları üç həftə ərzində illik müqayisədə 2% azalıb.

Çin istehsalçısının əsas yeniliyi olan “Mate XT” modelinin satışına “Apple”ın yeni məhsulları ilə eyni gündə start verilib.

Son xəbərlər
Digər xəbərlər