Çinin 17 milyondan çox əhalisi olan Çandu şəhərində yenidən koronavirusa yoluxma halı qeydə alınıb.
Banker.az xəbər verir ki, bununla əlaqədar olaraq, “hərbi vəziyyət” tətbiq edilib. Yerli mətbuatın bildirdiyi kimi, yaşayış kompleksləri 24 saat ərzində nəzarət altında olacaq və bütün sakinlərin hərarəti ölçüləcək.
Bununla yanaşı, koronavirus testi müsbət nəticə vermiş şəxslərin yaxınlığında yaşayan vətəndaşlar yoxlanılacaq. Bütün təhsil müəssisələrində müəllim və şagirdlərə Covid-19 testindən keçmək tövsiyə olunacaq.