5 C
Baku
Saturday, December 14, 2024

Çində koronavirusdan ölənlərin sayı 100-ü ötüb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 4 min 535, bu virus səbəbindən ölənlərin sayı isə 106 nəfərə çatıb. Yoluxanların 976 nəfərinin vəziyyəti ağırdır.

Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına  xəbər veririk ki, indiyədək 60 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 6 min 973 nəfərə çatıb.

Xəstələrlə yaxın ünsiyyətdə olmuş 44 min 132 nəfər tibbi nəzarətə götürülüb. Ölüm hallarının 100-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb. Artıq paytaxt Pekin və Çinin maliyyə mərkəzi olan Şanxayda da ölüm halı baş verib.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada və Almaniyada ümumilikdə 4 nəfərin bu virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər