12 C
Baku
Sunday, November 24, 2024

Çində LNG konteynerlərinin daşınması üçün ilk gəminin inşası başa çatdırılıb

Çinin “Nantong Xiangyu Shipbuilding & Offshore Engineering” gəmiqayırma zavodu mayeləşdirilmiş təbii qaz (LNG) konteynerlərinin daşınması üçün ilk gəminin inşasını başa çatdırıb.

“Rui Neng 8” adlandırılan yeni gəmi, “RINA” təsnifat cəmiyyəti ilə birlikdə adi 640 TEU tutumlu konteyner gəmisinin zəruri avadanlıqlarla təchiz edilməsi yolu ilə yaradılıb.

180 qırx futluq ISO konteyner və ya 300 standart konteyner daşıya biləcək yeni gəminin əsasən Şərqi-Çin dənizində istismar ediləcəyi nəzərdə tutulur.

“Rui Neng 8” Çində ilk belə gəmidir. Uzunluğu 133.6 metr və eni 22.6 metr olan gəminin sifarişçisi mayeləşdirilimiş təbii qazın nəqli üzrə ixtisaslaşan “Zhejiang Rui Neng Ocean Shipping” şirkətidir.

Seanews

Son xəbərlər
Digər xəbərlər