Çinin ən yüksək anti-korrupsiya nəzarəti orqanı şənbə günü bildirib ki, Çin Xalq Bankının (Mərkəzi Bank, qısa adı PBOC) altı sədr müavinindən biri Fan Yifei barəsində araşdırmalara başlayıb. Bunu Banker.az Reutersə istinad edir. Fan barəsində “ciddi nizam-intizam və qanun pozuntusu şübhəsi”nin olduğu açıqlanıb.
58 yaşlı Fan Y. 2015-ci ilin əvvəlindən mərkəzi bankın sədr müavini vəzifəsində çalışır, bundan əvvəl O, “China Construction Bank” və “China Investment Corporation”da yüksək vəzifələrdə işləyib.
Çin prezidenti Xi Jinping son illərdə maliyyə sektorunda korrupsiyaya uğramış Kommunist Partiyasının məmurlarını aradan qaldırmaq üçün səyləri həyata keçirib və bu tədbirləri arıtır.
Çinin İntizamın Təftişi üzrə Mərkəzi Komissiyası açıqlama verərək araşdırmanı elan edib, lakin heç bir təfərrüat verməyib.
May ayında İntizamın Təftişi üzrə Mərkəzi Komissiya şübhəli pozuntulara görə mərkəzi bankın pul siyasəti departamentinin keçmiş rəhbəri Sun Qofen barəsində aparıldığını bildirmişdi.
Fevral ayında korrupsiyaya qarşı nəzarət orqanı ölkənin 2015-ci ildən bəri sektorda ilk koordinasiyalı təftişi çərçivəsində mərkəzi bank, bank və sığorta tənzimləyiciləri də daxil olmaqla 25 maliyyə sektoru qurumunun təftişini yekunlaşdırdığını açıqlayıb.