23 C
Baku
Sunday, September 29, 2024

Çində neft emalının həcmi tarixi rekordu yeniləyib

Bu ilin noyabr ayında Çin gündəlik 14,2 mln. barelə bərabər olan 58,35 mln. ton neft emal edib.

Rusiya mətbuatıın verdiyi məlumata görə, bu barədə Çinin Dövlət Statistika İdarəsinin açıqlamasında deyilir.

Bildirilir ki, bu göstərici oktyabrda gündəlik 14,09 mln. barelə çatan tarixi rekordu yeniləyib. Yeni rekord, özəl neft emalı zavodunun yeni güclərinin istismara verilməsi sayəsində mümkün olub. Belə ki, noyabrın əvvəlində “Zhejiang Petrochemical” şirkəti Çinin şərqində gündəlik 400 min barelə əlavə olaraq gündə 200 min barel neft emalı qurğusunu işə salıb. Çinin dövlət şirkətləri tərəfindən neftin orta emalı noyabr ayında oktyabr ayından 1 faiz bəndi artaraq 79,8%-ə yüksəlib.

Yanvar-noyabr aylarında isə Çində neft emalının ümumi həcmi 614,41 mln. ton və ya gündəlik 13,39 mln. barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

Noyabr ayında Çində neft istehsalı ötən ilin noyabr ayına nisbətən 1,2% artaraq 15,96 mln. ton və ya gündəlik 3,88 mln. barel təşkil edib. İlin 11 ayında ümumi istehsal 1,6% artaraq 180 mln. tona çatıb.

Son xəbərlər
Digər xəbərlər