27 C
Baku
Monday, September 1, 2025

Çində Putinlə Paşinyan arasında görüş olub

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çinin Tiencin şəhərində görüş olub.

Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib.

Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb.

“Ümid edirəm ki, bugünkü görüşümüz faydalı və məzmunlu olacaq”, – Rusiya Prezidenti vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər