14 C
Baku
Saturday, November 23, 2024

Çində rəqəmsal prokuror yaradılıb

Çin Elmlər Akademiyasının alimləri cinayət işini şifahi təsvir əsasında öyrənməyə və ona qarşı ittiham irəli sürməyə qadir olan süni intellekt hazırlayıblar.

Banker.az xəbər verir ki, yeni texnologiya 2015-2020-ci illərdə baş vermiş 17 mindən çox işdə sınaqdan keçirilib. Neyroşəbəkə Şanxayda oğurluq, təhlükəli sürücülük və kredit kartı fırıldaqçılığı da daxil olmaqla ən çox yayılmış səkkiz cinayət üzrə 97% dəqiqliklə ittiham irəli sürür.

Tərtibatçılar iddia edirlər ki, zaman keçdikcə süni intellekt daha dəqiq işləyəcək: o, daha az yayılmış cinayətləri tanıya və bir şübhəli şəxsə bir neçə maddə üzrə ittiham irəli sürə biləcək.

Rəqəmsal prokurorun ölkədəki ən böyük və ən işlək olan Şanxaydakı Pudong Rayon Xalq Prokurorluğunda artıq sınaqdan keçirildiyi bildirilir. Alimlər hesab edirlər ki, bu, prokurorların diqqətini daha mürəkkəb işlərə yönəltməyə kömək edəcək.

Çin prokurorlarının özləri texnologiyanı tənqid ediblər – onların fikrincə, neyron şəbəkənin effektivliyi şübhə altındadır. Xüsusilə, hüquqşünaslar qeyd edirlər ki, alqoritmdə səhv olarsa, məsuliyyətin kimin üzərində olduğu bəlli deyil – prokuror, maşının özü, yoxsa onu tərtib edən. Digər problem ondan ibarətdir ki, süni intellekt yalnız əvvəlki təcrübəsinə əsaslanaraq ittiham irəli sürə bilər.

Son xəbərlər
Digər xəbərlər