-1 C
Baku
Sunday, December 15, 2024

Çində robot avtomobil təqdim olundu

Çinin “Baidu” və “Geely” tərəfindən hazırlanan “JiDU” seriyasının ilk modeli – Robo-01 elektrik krossoveri təqdim olunub.

Avtomobil ikili avtopilot, xarici səslə qarşılıqlı əlaqə və süni intellektlə işləyən faralar da daxil olmaqla, qabaqcıl texnologiyalarla zəhgindir.

Robomobilin media sistemi dördüncü nəsil “Snapdragon” platformasında işləyir və 3D naviqasiya, eləcə də kənar məlumatlar bazasına giriş tələb etməyən səsli köməkçi ilə təchiz edilib.

Bununla yanaşı, avtomobildə 5 radar, 12 ultrasəs sensoru və 12 kamera quraşdırılıb.

Yüksək sürətli 5G rabitəsini dəstəkləyən krossover “Geely” şirkətinin müəssisələrində istehsal olunacaq.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər