Bloomberg agentliyinin verdiyi məlumata görə, Çinin Shenzhen əyalətində adı Amerikanın nəhəng Goldman Sachs Group Inc. bankı ilə eyni olan Goldman Sachs Financial Leasing maliyyə təşkilatı aşkar edilmişdir.
Həmin şirkətin adını qeyd etmək istəməyən çinli əməkdaşının Bloomberg-ə bildirdiyinə görə, bu təşkilatın amerikalı Goldman Sachs ilə heç bir əlaqəsi yoxdur. O qeyd etmişdir ki, şirkətin 2013-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq belə bir hal indi yaşanır və belə bir adın təsadüfən üst-üstə düşdüyünü deyir.
Agentliyin verdiyi məlumata görə, Çinin Goldman Sachs təşkilatı da amerikalı bankın adı kimi eyni heroqliflərlə yazılır. Goldman Sachs-ın ABŞ-dakı mətbuat katibi də həmçinin bu iki təşkilatın bir-biri ilə heç bir əlaqəsinin olmadığını vurğulamışdır.
Çində bankları saxtalaşdırmaq halları əvvəllər də baş verirdi. Belə ki, bu ilin avqust ayında Şandun əyalətində 39 yaşlı çinli Çinin nəhəng China Construction Bank bankının saxta filialını yaratmaqda ittiham edilərək həbs edilmişdi.