10 C
Baku
Thursday, December 12, 2024

Çində süd çayı

Çinin cənub- şərqində Vençjou şəhərində süd çayına rast gəlmək olar. Lakin çayda süd deyil, lateks maddəsi axır. 

Yerli ekoloji «OfficeProtection» təşkilatı Quxi çayının iki kilometrlik sahəsinin ticarət şirkətinin səhvi ucbatından ağ yağlı maddə ilə çirkləndiyini bəyan edib. Həmin ticarət şirkəti çayın kənarında lateksin boşaldılması və yüklənilməsi ilə məşğuldur.

Yerli KIV-lər bu hadisəni özünə məxsus şəkildə təsvir ediblər. Onlar ağ maddənin təbii emulsiya olduğunu və onun tərkibində biokimyavi toksinlər olmadığını bəyan etmişdilər.

Son xəbərlər
Digər xəbərlər