Çində yayılan koronavirus neft və neft məhsullarına, o cümlədən aviasiyada istifadə olunan yanacağa tələbatı azaldacaq.
Bu proqnozla ABŞ-ın “Goldman Sachs” investisiya bankı çıxış edib.
Bankın mütəxəssislərinin fikrincə, reaktiv yanacağa tələbatın azalması gündəlik 260 min barel ola bilər ki, bu da son nəticədə xam neftin 1 barelinin qiymətini 2,9 ABŞ dolları azalması ilə nəticələnə bilər.
©Report