Çindən gələn həyəcan verici məlumatlar kotirovkaları qırmızı zonada saxlayır və bugünkü hərraclarda mənfi tendensiya hələdə davam edir.
Banker.az xəbər verir ki, “Vesti.Ekonomika” daha əvvəl verdiyi məlumata görə, bir sutka ərzində koronovirusa yoluxan insanların sayı 100-dən çox artıb: 440 nəfərdən 571 nəfərədək. Qeyd edək ki, onlardan 17 nəfər dünyasını dəyişib.
Şanxay birjasının indeksi təxminən 0,8%, Şenjen indeksi 1,19%, SZSE Component isə 0,5% itirib.
Eyni reaksiya Çinin kənarlarında da müşahidə olunub: Hong Kongun Hang Seng indeksi 1,17% düşüb.
Yaponiyanın Nikkei indeksi ticarət statistikasının təzyiqinə məruz qalıb. Qeyd edildiyi kimi, ölkənin ticarət balansı artıq iki ildir defisit nümayiş etdirir. Nəticədə Nikkei 0,65% itirmiş olub.
Mənfi dinamikanı həmçinin Cənubi Koreyanın Kospi (0,48%) və Avstraliyanın ASX indeksi (0,6%) nümayiş etdirib