5 C
Baku
Saturday, December 14, 2024

Çində yeni dövlət təhlükəsizlik naziri təyin edilib

Ümumçin Xalq Nümayəndələri Konqresi (ali qanunverici orqan) Çen Yixini Çinin yeni dövlət təhlükəsizliyi naziri təyin edib.

Bu barədə parlamentin saytında dərc olunmuş məlumatda deyilir.

63 yaşlı Çen Yixin 30 ildən çox müxtəlif dövlət və partiya vəzifələrində çalışıb. 2016-2018-ci illərdə o, Uhan şəhərinin (Hubey əyaləti) partiya komitəsinə rəhbərlik edib.

2020-ci ilin fevralında COVID-19 ilə mübarizənin ən çətin mərhələsində Çen Yixin Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini Sun Çunlanla birlikdə müvəqqəti olaraq Hubey əyalətinə göndərilib.

Çinin keçmiş dövlət təhlükəsizlik naziri, 62 yaşlı Çen Vençinq oktyabrın 28-də tutduğu vəzifədən azad edilib.

Son xəbərlər
Digər xəbərlər