Çində zəif istehlak tələbi qlobal problemə çevrilir

Uzun illər Çin şəhərlərində yaşayan əhalinin gəlirləri ABŞ-dəkindən iki dəfədən çox sürətlə artırdı. CNBC-nin məlumatına görə, 2003–2020-ci illərdə Çində illik gəlir artımı təxminən 10%, ABŞ-də isə 3% təşkil edirdi. Lakin 2025-ci ilə bu temp Çində 4,3%-ə qədər zəifləyib və ABŞ-də qeydə alınan 3,8%-lik artımı yalnız cüzi üstələyib.

Əsas səbəb mənzil qiymətlərinin kəskin düşməsidir. Macquarie-nin hesablamalarına görə, 2021-ci ildəki pik səviyyədən sonra daşınmaz əmlakın qiyməti 2016-cı il səviyyələrinə qədər geriləyib və 2012–2021-ci illərdə toplanmış artımın 85%-i silinib. Müqayisə üçün, ABŞ-də ipoteka böhranı zamanı mənzil qiymətləri 47% azalmışdı.

Çində daxili tələbin zəifləməsi G20 ölkələrinin də diqqətini çəkib. ABŞ-də keçirilən maliyyə nazirlərinin görüşündə ölkələr Pekini “daxili istehlakı məhdudlaşdıran təhrifləri aradan qaldırmağa” çağırıblar. Çin bu bəndə qarşı çıxan yeganə G20 üzvü olub və bu mövqe ABŞ maliyyə naziri Skott Bessentin tənqidinə səbəb olub.

Bununla yanaşı, Çinin xarici ticarəti güclü qalır. İyun ayında idxal son beş ilin ən yüksək tempi ilə artıb, lakin xarici ticarət profisiti yavaş azalır. Buna məlumat mərkəzləri üçün Çin istehsalı komponentlərə qlobal tələbat və Avropada isti hava fonunda kondisioner tədarükünün rekord səviyyəyə yüksəlməsi təsir edir. Avropaya kondisioner ixracı 40% artıb.

Bank of China-nın tədqiqat mərkəzinin keçmiş rəhbəri Zong Liang bildirib ki, Pekinin məqsədi ixracı artırmaq olmayıb. Onun sözlərinə görə, daxili tələbin stimullaşdırılması uzunmüddətli vəzifədir və bu proses beş ilədək çəkə bilər.

Problemin həlli variantlarından biri kimi hakimiyyət fond bazarının inkişafını nəzərdən keçirir. Daha güclü səhm bazarı istehlakçılarda “sərvət effekti” yarada və xərcləri artırmağa sövq edə bilər. Bununla belə, pərakəndə investorlar 2015-ci il çöküşündən sonra bazara qayıtmağa tələsmirlər. Həmin vaxt CSI 300 indeksi bir yay ərzində 40%-dən çox ucuzlaşmışdı.

Mədəni amillər də mühüm rol oynayır. Çinlilər üçün təhsil, səhiyyə və səyahət xərcləri əsas prioritetlər olaraq qalır, əyləncə və alış-verişə çəkilən xərclər isə son sıralarda yer alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər