13 C
Baku
Friday, November 22, 2024

Çindən Avropaya qədər “yaşıl dəhliz” yaratmaq niyyəti var

Çindən Avropaya qədər “yaşıl dəhliz” yaratmaq niyyəti var. Bu o deməkdir ki, burada bütün nəqletmə marşrutları, dəmir yolu infrastrukturu “yaşıl” olmalıdır.

Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov “Ambisiyanın artırılması, fəaliyyətə təkan: COP29 Davamlı biznes forumu” adlı konfransda deyib.

Onun sözlərinə görə, yaşıllaşdırma strategiyası bütün nəqliyyat sektoruna şamil edilməlidir.

“Məsələn Bakı Gəmiqayırma Zavodu 2030-cu ildən yalnız hibrid 2035-ci ildən isə yalnız elektrik gəmilər tikməlidir. Bu, o deməkdir ki, gəmilərin dizaynı dəyişməlidir”, – Taleh Ziyadov qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər