-3 C
Baku
Sunday, December 15, 2024

Çindən gələnlərdən daha 3 nəfər Kliniki Tibbi Mərkəzdən buraxılıb

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.

Fevral ayının 7-si üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 3 nəfər var.

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”, – birgə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər həkim nəzarətində idi.

©Report

Son xəbərlər
Digər xəbərlər