1 C
Baku
Saturday, December 14, 2024

Çindən kapital axını sürətlənir

2016-cı ildə Çindən kapital axını 728 mlrd. ABŞ dolları təşkil edib. 

“Financial Times” qəzetinə istinadən xəbərə görə, bu barədə məlumatı Böyük Britaniyanın “Standard Chartered” bankı açıqlayıb.

Məlumata görə, bu, 2015-ci illə müqayisədə 2,2% azdır. Xatırladaq ki,  2015-ci ildə Çindən rekord həcmdə – 744 mlrd. ABŞ dolları məbləğində kapital axını baş verib.

Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2017-ci il yanvarın 1-nə 3,01 trln. dollar təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 41 mlrd. dollar azalıb.

Son xəbərlər
Digər xəbərlər