Çin hökuməti bu ayın əvvəlindən Rusiyaya öz çəkisi 4 kiloqramdan, yüklü çəkisi 7 kiloqramdan və uçuş müddəti 30 dəqiqədən çox olan pilotsuz uçuş aparatlarının (PUA), həmçinin PUA-lar üçün komponentlərin tədarükünə məhdudiyyətlər tətbiq edib.
Bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.
Nəşrin sözlərinə görə, Pekinin tətbiq etdiyi məhdudiyyətlər PUA-ların Rusiyaya çatdırılmasını ciddi şəkildə çətinləşdirib, bir sıra komponentlərin, xüsusən də termal görüntü cihazları və lazer məsafəölçənlərinin çatışmazlığına səbəb olub.
Həmçinin bildirilib ki, Rusiyanın PUA istehsal edən iri şirkətləri Çindəki təchizatçılardan texnikanın ölkəyə ixracı üçün lisenziya almağa çalışır, bu proses bir ilə qədər çəkə bilər, lakin onlar ilk növbədə sübut etməlidir ki, əldə olunacaq PUA-lar hərbi məqsədlər üçün istifadə olunmayacaq.