28 C
Baku
Friday, June 20, 2025

Çindən Türkmənistan vasitəsilə Bakıyadək yeni yükdaşıma marşrutu açılıb

Çinin şərqində yerləşən Zhejiang əyalətinin Jinhua şəhərindən Türkmənbashi limanına ilk yük qatarı yola düşüb.

Bu barədəTürkmənistan Nəqliyyat və Kommunikasiya Agentliyi bildirib.

Məlumata görə, bu, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta dəhliz) iqtisadi cəhətdən inkişaf etmiş Zhejiang əyalətindən (yeni nöqtədən – red.) başlayan rəsmi açılışını simvollaşdırır.

Qatar 100 standart konteynerlə yüklənib. Yükə geyim, aksesuarlar, metal ehtiyat hissələri və digər məhsullar daxildir. Qatar Türkmənbashi limanına çatdıqdan sonra konteynerlər Xəzər dənizi vasitəsilə Bakı Limanına daşınacaq.

Yeni nəqliyyat marşrutunun Aktau limanından Bakı limanına olan logistika yükünü azaltması və Çin məhsullarının Mərkəzi Asiya ilə Mərkəzi-Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndirməsi gözlənilir, deyə aidiyyəti qurum məlumat verir.

Məlumata görə, bu artıq Zhejiang əyalətinin Çin ilə Avropa arasında beynəlxalq dəmir yolu yükdaşımasında açdığı 26-cı marşrutdur

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər