12 C
Baku
Wednesday, December 11, 2024

Çindən “xoşməramlı jest”- 16 növ amerikan məhsulunu əlavə tariflərdən azad edir

Yeni qərar sentyabrın 17-də qüvvəyə minəcək və 2020-ci ilin sentyabr ayının 16-a kimi qüvvədə olacaqdır.

Banker.az xəbər verir ki, ABŞ və Çin arasındakı ticarət məsələlərini həll etmək üçün təkcə Donald Tramp deyil, həmçinin Çin də “xoşməramlı jestlər” ə əl atır.

Çinin Maliyyə Nazirliyi, 16 növ amerikan məhsulunu əlavə tariflərdən azad etmək niyyətində olduğunu açıqlayıb. Bunların sırasında mal-qara qidası, xərçəng xəstəliyinə qarşı dərmanlar və sürtkü yağları da var.

Bəyanat ABŞ və Çin arasında oktyabrda başlayacaq danışıqların növbəti mərhələsi ərəfəsində səsləndirilib. Tərəflər uzanan ticarət münaqişəsinin həlli üçün maksimum səy göstərməyə hazır olduqlarını bildiriblər.

 

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Donald Tramp Çindən idxal olunan mallara qarşı ticarət tariflərinin tətbiq edilməsini oktyabrın 1-dən 15-ə təxirə salaraq, ilk addımını atmış olub. 

Son xəbərlər
Digər xəbərlər