Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunun Kaşğar şəhərindən Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner daşımalarına start verilib.
Yüklər Sian və Çendu şəhərlərindən dəmir yolu ilə Kaşğara, oradan avtomobil nəqliyyatı ilə Oş şəhərinə, Oşdan Türkmənistan limanına qədər yenidən dəmir yolu ilə, daha sonra isə Türkmənistan limanından Bakıya dəniz yolu vasitəsilə daşınacaq.
Yeni marşrutun işə salınması ticarət-logistika əməkdaşlığını möhkəmləndirir, daşımaların səmərəliliyini artırır və “Kəmər və yol” təşəbbüsü çərçivəsində Asiya ilə Avropa arasında yeni nəqliyyat dəhlizinin inkişafına töhfə verir.