29 C
Baku
Thursday, June 30, 2022

CinemaPlus 4 vakansiya üzrə işçi axtarır

VAKANSIYA 1: Kassir – bilet

Şöbə: Bilet kassası
Vəzifə öhdəlikləri:
  • Bilet kassasının kassiri iş təlimatına əsasən Şirkətin müddəalarına və əsasnamələrinə müvafiq olaraq kino biletlərinin satışını həyata keçirir;
  • Qaydalara müvafiq olaraq bron və kino biletlərinin tərtibi üzrə əməliyyatlar aparır;
  • Ona etibar edilən maddi dəyərlərə qayğı ilə yanaşmaq. Azərbaycan Respublikası qanunvericiliyinin maddi məsuliyyət haqqında müqaviləsinə müvafiq olaraq maddi dəyərlərə görə məsuliyyət daşıyır. Etibar edilən pul vəsaitlərinin, biletlərin qorunmasını təmin etmək üçün tədbirlər həyata keçirir;
  • İş yerində təmizliyi və nizam-intizamı qoruyur;
  • İş yerini baş kassirin icazəsi, o olmadıqda isə, növbətçi inzibatçının icazəsi ilə tərk edir;
  • Özünün bilavasitə rəhbəri və növbətçi inzibatçının xidməti tapşırıqlarını yerinə yetirir;
  • İş yerində forma geyimdə olmaq.
Vəzifəyə olan tələblər:
  • Ali və ya orta-texniki təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
Yaş: 18-25
Maaş: 350 AZN
İş qrafiki:6 Günlük.
Digər şərtlər: 
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Gecə saatlarında evə catdırılma şirkət hesabına.

VAKANSIYA 2: Kinomexanik

Şöbə: Texniki şöbə
Vəzifə öhdəlikləri:
  • Film nümayişini nöqsansız həyata keçirmək.
  • Kinotexnika və avadanlıqlara vaxtı-vaxtında texniki qulluq göstərmək .
  • Avadanlıqların nöqsansız işinin təmin olunması.
  • Reklam roliklərinin verilmiş media plana uyğun film öncəsi yerləşdirilməsi
  • Film və reklam roliklərinin formatının ekranla uyğunlaşdırılması
  • Filmlərin aktivləşdirmə açarlarının müddətini yoxlanması
  • Verilmiş hard diskdən filmlərin nümayiş cədvəlinə uyğun serverə yüklənməsi
Vəzifəyə olan tələblər:
  • Ali və ya orta-texniki təhsilli.
  • İT, kompyuter, kino və səs avadanlıqlarından anlayışı olmalı.
  • Kompyuter sahəsində texniki bacarıqlı(söküb-yığmaq).
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
Yaş: 20-40
Digər şərtlər: 
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Gecə saatlarında evə catdırılma şirkət hesabına.

VAKANSIYA 3: Barmen

Şöbə: Express Bar
Vəzifə öhdəlikləri:
  • Express barda təqdim olunan malların satışının həyata keçirilməsi;
  • Günün sonunda qalıq hesabatının hazırlanması;
  • Növbəti gün üçün tələb olunan malların siyahısının hazırlanması;
  • Günün əvvəlində anbardardan mal qəbul etmək və jurnallarda qeydiyyat aparmaq;
  • Məhsulları yararlılıq müddətinin təyin edilməsi və vaxtında satışının həyata keçirilməsi, əks təqdirdə satışdan çıxarılması;
  • Korlanmış məhsulların qaytarılması;
  • Müştərilərə qarşı daim gülərüzlü olmaq;
  • Geyim formasına və şəxsi qiqiyena qaydalarına ciddi riayət etmək;
  • Iş rejiminə, iş qrafikinə və daxili intizam qaydalarına ciddi riayət etmək
  • Iş yerini təmiz saxlamalı
Vəzifəyə olan tələblər: 
  • 6 ay – 1 il qida məhsullarının satışı sahəsində iş təcrübəsi;
  • Kollektivdə işləmək bacarığı;
  • R-keeper kassa sistemində işləmək bacarığı;
  • Pul vəsaitləri ilə davranma bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst danışmalı
Yaş: 18 və18-dən böyük.
Digər şərtlər: 
  • Şirkət hesabına gecə saatlarında ünvana çatdırılmaq üçün nəqliyyat təmin olunur.

VAKANSIYA 4: Nəzarətçi – bilet

Vəzifə öhdəlikləri:
  • Tamaşaçıları kinozala yalnız biletlərini göstərdikdən sonra buraxmaq.
  • Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı göstərilməlidir;
  • Tamaşaçıları kinozala buraxanda onları nəzkətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara xoş saatlar arzulayır;
  • Gecikmiş tamaşaçılara cib fənərinin köməyilə yerlərini tapmaqda kömək etmək;
  • Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərmək.
  • Verilən biletlərə uyğun olaraq tamaşaçılara 3D eynək və xüsusi nəm salfet təqdim etmək (bir bilet üçün 1 eynək və 1 nəm salfet);
  • Seans başa çatdıqdan sonra nəzarət çərçivəsi qarşısında hər bir tamaşaçıdan 3D eynəklərini qəbul etmək;
  • Tamaşaçıların xahişi ilə cari və planlaşdırılan repertuar haqqında, seansların cədvəli, reklam çarxlarının və kinofilmlərin göstərilmə müddətləri, onun janrı və iştirak edən aktyorlar haqqında məlumat vermək. Kinofilmə baxış üçün yaş məhdudiyyəti qoyularsa, bu barədə tamaşaçılara məlumat vermək;
  • Seans başlayanda kinozalın qapılarını bağlamaq;
  • Kinofilmin nümayişi zamanı bir neçə dəfə (7 dəfədən az olmayaraq) zala daxil olub kinonun verilməsinə və tamaşaçılar tərəfindən ictimai asayişin qorunmasına, temperatur rejiminə nəzarət etmək.
Vəzifəyə olan tələblər:
  • Orta təhsilli.
  • Azərbaycan və rus dillərini sərbəst bilməli
Yaş: 18-25
Maaş: 250 AZN
İş qrafiki: 6 Günlük
Digər şərtlər: 
  • Gecə saatlarına kimi işləmək imkanları olsun
  • Gecə saatlarında evə catdırılma şirkət hesabına

E-mail: [email protected]

 

Son xəbərlər
Oxşar xəbərlər